Səudiyyə Ərəbistanı 1 milyondan çox fələstinliyə Həcc və Ümrə ziyarətini qadağan etdi

Səudiyyə Ərəbistan hökuməti 1 milyondan artıq Fələstinliyə Həcc və Ümrə ziyarətini qadağan etdi. 
 
Maide.Az “dunyabulteni”ə istinadla xəbər verir ki,  Səudiyyə Ərəbistanı hökuməti  elan edib ki, Fələstinin işğal olunmuş  ərazisində  yaşayan, Həcc və Ümrə ziyarətinə getmək üçün İordaniyanın pasportundan istifadə edən fələstinlilərə viza verilməyəcək. 
 
Qeyd edək ki, bu vəziyyətdə olan fələstinliklərin sayı 1 milyona yaxındır
 
Xatırladaq ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanı fələstinli qaçqınlara da Həcc üçün viza verilişini dayandırıb.
 
Belə ki, Krallıq Livan ərazisində yaşayan və Fələstin pasportuna sahib olmayan fələstinlilərə viza verilişini dayandırıb. Bu vəziyyətdə olan fələstinlilərin sayı isə 300 minə yaxındır.
 
Fələstinin İnsan Haqları Mərkəzi Səudiyyənin bu birmənalı olmayan addımı ilə bağlı narahatlığını ifadə edib. Üstəlik, Səudiyyə viza verilməməsinin səbəblərini də açıqlamayıb.