Siyasi məhbus ailələrinin maddi və mənəvi durumu çox acınacaqlıdır. Əsasən də rayonlarda yaşayan ailələr çox ağır durumdadır. Bu barədə Turan agentliyinə müsahibəsində hüquq müdafiəçisi Samirə Ağayeva bildirib.
Siyasi məhbusların həyat yoldaşlarının çoxu işləmir, evdar qadınlardır, körpə uşaqları var.
Azərbaycanda 13 mindən çox insan məhbus həyatını yaşayır. Onlar dövlət tərəfindən tam təmin olunmalıdır. Birinci növbədə onların keyfiyyətli qida ilə qidalanmaq hüququ var. Lakin məhbuslara keyfiyyətli qida verilmir. Onlara demək olar ki, tibbi yardım da göstərilmir. Amma, Azərbaycan büdcəsindən hər bir məhbusa 8-9 avro civarında pul ödənilir.
Siyasi məhbusların ailələrinə maddi və mənəvi yardım göstərilir? Bu suala cavabda Ağayeva deyib ki, siyasi məhbus ailələrinə yalnız ictimai aksiyalar çərçivəsində yardımlar edilir. Məsələn, hansısa bir kitab aksiyaları ya da məktəbli uşaqlara yardım aksiyaları çərçivəsində yardım edilir.
Onun sözlərinə görə, siyasi məhbusların özlərinin psixoloji vəziyyəti ağırdır. Onlar adətən ağır tipli cəzaçəkmə müəssisələrinə (13 saylı, 14 saylı Cəzaçəkmə Müəssisələrinə) yerləşdirilir.
Məhbusların sözlərinə görə, onlara tibbi yardım göstərilmir, qidalanma çox aşağı səviyyədədir, keyfiyyətsiz ərzaqdan hazırlanır. Buna görə məhbuslar öz ailələrindən yardım alırlar.
Siyasi məhbuslar həbsdə təzyiqə məruz qalır. Eyni zamanda, onların ailə üzvləri də əziyyət çəkir. Siyasi məhbusların demək olar ki, hər birinin körpə uşaqları, məktəbli uşaqları var. Bəzi uşaqlar ailələrinin maddi durumunun çətinliyinə görə məktəbə gedə bilmir. Ailələr çox zaman siyasi məhbus olan ailə üzvlərini ziyarət edə bilmirlər.
Eyni zamanda, ailə üzvləinə təzyiq göstərilir, onlar işdən çıxarılır. Qohumların siyasi məhbuslardan açıq-aşkar imtina etdiyi hallar olub və bu ərizələr mətbuatda dərc edilib.
Siyasi Məhbusları Müdafiə Mərkəzinin məlumatına görə, bu gün Azərbaycanda 149 siyasi məhbus var.
Vətəndaş cəmiyyətinin siyasi məhbusların siyahısının tərtib edilməsi üzrə işçi qrupu sentyabrın 1-də 128 nəfərin soyadlarını dərc edib, daha iki nəfər monitorinq altındadır.
Amnesty İnternational onlardan 10-nu "vicdan məhbusu" kimi tanıyıb.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmasını təkzib edir.
Siyasi məhbusların ailələrinin maddi və mənəvi durumu acınacaqlıdır - Hüquq müdafiəçisi

Oxşar xəbərlər