Azərbaycan və Xorvatiya arasında sazişlər imzalanıb

Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində sentyabrın 6-da Zaqrebdə bir sıra ikitərəfli sənədlər imzalanıb.

Dövlət başçısının saytında bildirilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiyanın mədəniyyət naziri Nina Obulen-Korjinek 2018-2020-ci illərdə iki ölkənin Mədəniyyət nazirlikləri arasında mədəni əməkdaşlığa dair proqram imzalayıblar.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov və Xorvatiyanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Mariya Vuçikoviç iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqda qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar.