Bakıda bu qədər şəxs sürücülük vəsiqəsi olmadan avomobil sürür

Bakıda sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi və işıqforun qırmızı  işığından keçmə ilə bağlı yol - hərəkəti qaydalarının pozuntularının  sayı açıqlanıb.

Bu haqda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, 2018-ci ilin əvvəlindən avqustun 12-dək Bakı şəhəri üzrə sürücülük hüququ olmadan avtomobilin idarə edilməsinə görə  2344 qayda pozuntusu aşkarlanıb.

“Həmçinin bu ilin avqustun 12-dək qeydə alınan pozuntuların 19 min 327-i məhz işıqforu qırmızı işıqda keçmə ilə bağlı olub”-deyə V.Əsədov bildirib.

modern.az