Azər Mehtiyev: ''Cari dövr üçün borcların artımı narahat doğuran hədd deyil''
Maliyyə Nazirliyi bu ilin birinci rübündə xarici dövlət borcunun vəziyyəti haqda məlumatı açıqlayaraq bildirib ki, il başlayandan borc 244,6 milyon ABŞ dolları və ya 2,6 faiz artıb.
Məlumatı “Turan” informasiya agentliyi yayıb.
Aprel ayının 1-i vəziyyətinə Azərbaycanın xarici dövlət borcu $9 milyard 642,9 milyona (və ya 16 mlrd. 392,9 mln. manat) çatıb. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Bu, 2017-ci il üzrə Ümumi Daxili Məhsulun (74,6 mlrd. manat) 22%-i qədərdir. Fevral ayında Maliyyə Nazirliyi ÜDM-ni 70,1 milyon manat həcmində qiymətləndirmişdi.
2018-ci ildə Azərbaycanın xarici dövlət borcuna xidmət xərcləri əvvəlki ildəki kimi yüksək olacaq. Təsdiq olunmuş büdcə xərclərində xarici dövlət borcunun ödənilməsinə 2 milyard 159,6 milyon manat nəzərdə tutulub. Buraya 533,6 milyon manatlıq faiz ödənişləri də daxildir.
Nazirlik xarici dövlət borcunun borcverənlər üzrə strukturunu açıqlamayıb.
Müstəqil iqtisadçılar deyirlər ki, hökumət bu borclarda dövlət şirkətlərinin borclanmasını nəzərə almır və əslində xarici dövlət borcu daha yüksək məbləğlərlə ifadə olunur.
İqtisadçı Azər Mehtiyev xatırladıb ki, hər il “Dövlət büdcəsi haqda” qanunda dövlət borcu həddi müəyyən olunur. Qanunda xarici borcun həmin həddi keçə bilməməsi qeyd edilib.
Azər Mehtiyev deyib ki, son rəqəm büdcənin artması baxımından elə də böyük məbləğ sayılmır.
“Proses qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Təbii ki, ölkənin ümumi borclarının vəziyyəti və idarəedilməsi ilə bağlı müzakirə açmaq olar, ancaq öz-özlüyündə cari dövr üçün borcların artımı narahat doğuran hədd deyil”.
İlin əvvəlindən Azərbaycanın xarici borcu 2,6 faiz artıb

Oxşar xəbərlər