Hindistanın şimal şərqində yerləşən Assam vilayətində 4 milyon müsəlman vətəndaşlıqdan məhrum edilə bilər.
İslaminSesi bildirir ki, "Milli Vətəndaş Nəsil Şəcərəsi" təşkilatı bu barədə siyahı yayımlayıb. Siyahıya əsasən 4 milyon insan vətəndaşlıqdan çıxarıla bilər. Hindistan rəsmiləri bununla Banqladeşdən gələn miqrantların qarşısını almaq üçün edildiyini bildiriblər. Ancaq Assamda entik azlıqlara qarşı qırğın ola biləcəyi ehtimalları da yayılır. Qeyd olunur ki, 4 milyon şəxs ölkədən çıxarıla bilər. Bu isə o deməkdir ki, onlar yerləri müəyyənləşdirilənə qədər "havada" qalacaqlar.
Xatırladaq ki, 1971-ci ildə Banqladeş Pakistandan ayrılmaqla müstəqilliyini elan edib. Bu elandan sonra on minlərlə insan qonşu Hindistana qaçıb. 1985-ci ildə Hindistanın o vaxtkı baş naziri Racif Qandinin imzaladığı Assam müqaviləsinə əsasən 1971-ci ildən öncə Hindistana gəldiyini sübut edə bilməyən hər bir kəs ölkədən xaric olunacaq.
Qeyd edək ki, bəhs olunanlar əsasəsən benqallardır və onlar Bramaputra çayı sahillərində yaşayırlar. Çayın səviyyəsi yüksəldikdə yerlərini dəyişərək köçəri həyat sürürlər. Onlar hansısa bir sənədə malik deyillər. Ancaq benqallı etirazçı Nasrul Ali Ahmed deyib ki, bunlar hamısı qurğudur. Onlar müsəlmanlardan qurtulmaq istəyirlər və qırğın olacaq.
Arakan müsəlmanlarından sonra yeni bir böhranla üz-üzə qalan Banqadeş isə bu məsələyə heç də müsbət baxmır.
Hindistanda 4 milyon müsəlman vətəndaşlıqdan çıxarılır

Oxşar xəbərlər