Müqəddəs Kəbənin imamı vəzifəsini icra edən Əbdürrəhman Sudeysi daha bir qalmaqallı hadisə ilə gündəmə gəlib. FaktXəbər bildirir ki, "Məscidi-Həram"ın imamcamaatı budəfə ABŞ prezidenti Donald Tramp üçün dua etməklə diqqətləri özünə çəkib.
İsveçrənin Cenevrə şəhərindəki bir məsciddə çıxış edən Kəbə imamı Əbdürrəhman Sudeysi, Səudiyyə Ərəbistanı və Amerikanın dünyanın təhlükəsizliyi və sabitliyi üçün liderlik etdiyini söyləyb və Səudiyyə kralı Salman ilə Ağ Ev rəhbəri Tramp üçün dua edib.
"Bu gün Səudiyyə Ərəbistanı və ABŞ dünyanın iki qütbüdür. Allaha həmd olsun ki, dünyanı birgə idarə edirlər",-deyə Əbdürrəhman Sudeysi bildirib.
Sudeysinin bu addımı əlcəzairli inanclı tərəfindən sərt reaksiya ilə qarşılanıb və ona, "ABŞ-ın nökəri" deyilib: "Yəmən və Qətərdəki qardaşlarımızı mühasirədə saldığınız bir vaxtda bizə imandan necə danışırsız? Əlcəzair, Misir və Türkiyədəki çevrilişləri necə dəstəklədiniz? Ey saray alimləri, siz axirət günündə bu mövqeyinizə görə cavab verəcəksiniz. Bu gün bizə söz deməyin. Sizə itaət yoxdur. Ey Amerikanın köləsi. Bizlər azadlıq və təhlükəsizliyi bilirik. Çünki ölkələrimiz azad və təhlükəsiz torpaqlarıdır".
Qeyd edək ki, Əfqanıstan və İraqı işğal edən, Yaxın Şərqdə münqaşilərin yaranmasına dəstək verən və terror qruplarını maliyyələşdirən Birləşmiş Ştatların səudiyyəli bir din alimi tərəfindən dəstəklənməsi anlaşılan deyil.
Kəbə imamı Tramp üçün dua etdi

Oxşar xəbərlər