Mərkəzi Bank sədri Elman Rüstəmov bu gün keçirdiyi brifinqdə inflyasiyadan və 200 manatlıq əskinasın dövriyyəyə buraxılmasından danışıb.
Publika.az-ın verdiyi xəbərə görə, E.Rüstəmov bildirib ki, inflyasiya ilə bağlı proqnozları MB və hökumət birgə hazırlayır: “Biz hələ ki, proqnozları dəyişdirmirik. Yay mövsümündə inflyasiyanın bir qədər azalacağı istisna edilmir. İlin doqquz aylığının yekununa görə yenidən inflyasiyanın proqnozlaşdırılmasını həyata keçirəcəyik”.
E.Rüstəmov əlavə edib ki, mətbuat 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasına pozitiv yanaşıb: “Buna görə sizə təşəkkür edirik. Ekspert cəmiyyətinə gəldikdə isə, onlar denominasiya zamanı da demişdilər ki, inflyasiya yüksələcək. Pul kütləsinin dəyişilməsi üçün 200 manatlığın və ya 2 dənə yüz manatlığın olması tələbin artması ilə bağlı deyil. 200 manatlıq əskinasın buraxılmasında məqsəd sadəcə dövriyyənin asanlaşdırılması və pul çapına dövlət xərclərinin azaldılmasıdır. Pul çapı üçün xərclər nominaldan asılı deyil, kupiradan asılıdır. İki kupira əvəzində bir kupira istifadə edəndə xərclərə 80 faiz qənaət edilir.
Bizdə dövriyyədə bu qədər nağd pulun olması nağdsız əməliyyatların az olması ilə bağlıdır. Xaricdə əhali daha çox kartlardan istifadə edir, bizdə isə yox. Biz bununla bağlı beynəlxalq cəmiyyətlərlə danışıqlar aparırıq. Ölçülərimiz göstərir ki, nağd pulun böyük hissəsi daxili bizneslər arası hesablaşmalara sərf olunur. Buna görə də iri kupirlər tələb olunur. Yaxın gələcəkdə nağdsız cəmiyyət proqramının tətbiq edilməsi ilə bank sektorunda, ödəniş sektorundakı problemlər aradan qaldırılacaq. Bu proqram çərçivəsində nağdsız ödənişlərin təbliği də nəzərdə tutulur. Başlıca məqsəd dövriyyədə nağd pulun həcminin azaldılmasıdır.
Artıq 200 manatlıq əskinas dövriyyəyə buraxılıb, banklar Mərkəzi banka müraciət edərək istənilən həcmdə sifariş götürə bilər. Banklar özləri seçim edə bilərlər. Nağd pula çəkilən xərclər çox da böyük deyil, amma mən hesab edirəm ki, bu xərclər olmamalıdır. 200 manatlığın çapına çəkilən xərclər gizlidir, çünki pul çap edən şirkətlər üçün bu, kommersiya sirrdir. Amma onu deyə bilərəm ki, bu məbləğ 100 manatlıqlara çəkilən xərclərdən çox deyil. Biz ümumiyyətlə, xərcləri azaltmaq üzrə işlər görürük, getdikcə xərclər daha da azaldılır”.
Baş bankir 200 manatdan danışdı

Oxşar xəbərlər