Əhali bir ayda ərzağa 140 manat xərcləyib

Bu ilin ilk 5 ayında Azərbaycanda ticarət şəbəkəsində 13.7 milyard manat dəyərində məhsul satılıb.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici əvvəlki ilin eyni dövründən 2.4 faiz çoxdur.
 
Ticarət dövriyyəsinin 6.9 milyard manatını ərzaq məhsulları, yerdə qalanını qeyri-ərzaq məhsulları təşkil edib.
 
5 ayda alıcıların mallara xərclədiyi vəsaitin 45.2 faizi ərzaq məhsullarının payına düşüb. Əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279.7 manat olub. Bu göstərici 2017-ci ilin yanvar-may aylarının göstəricisindən nominal ifadədə 13.5 manat çoxdur.
 
Yanvar-may aylarında hər bir ölkə sakininin orta hesabla hər ay 140.1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139.6 manatlıq qeyri-ərzaq məhsulları aldığı bildirilir.