Bir müddət öncə Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində işğalçı ermənilərə ağır zərbə vurduğu və bir neçə strateji yüksəklikləri azad etməsi haqqında məlumatlar yayıldı. Bu xəbər rəsmi təsdiqini tapmasa da, sosial şəbəkələrdə azad edilmiş hündürlüklərin fotosunun yayılması ehtimalları artırdı. Xüsusilə bu fotoların Ermənistan mediası tərəfindən yayılması diqqət çəkdi.
Publika.az verir ki, Rusiyanın “Rosbalt” agentliyi Naxçıvan cəbhəsində baş verənləri və Qarabağ münaqişəsi ətrafında cərəyan edən prosesləri araşdırıb.
Agentlik yazır ki, Bakı və İrəvan bu haqda sussa da, yayılan fotolar həqiqətən də Azərbaycan Ordusunun 3 strateji hündürlüyü azad etdiyini deməyə əsas verir.
“Bu hündürlüklərin alınması Azərbaycan tərəfinin bir neçə kəndə də nəzarəti ələ alması deməkdir”, - deyə agentlik qeyd edir.
Erməni hərbi ekspert Arkadi Qriqoryanın məlumatına görə, Azərbaycan Ordusu doğrudan da bir neçə strateji hündürlüyü alıb. Qriqoryan təbii olaraq iddia edir ki, bu hündürlüklərin alınması Naxçıvan cəbhəsində güc balansını dəyişdirmir.
Lakin bu sakitləşdirici ritorikaya ermənilər inanırmı?
Agentlik qeyd edir ki, 2016-cı ildə “aprel müharibəsi” zamanı Azərbaycan Ordusu böyük bir ərazini azad edərkən, Ermənistanda çoxları bunu Sarkisyana bağışlamadı. İndi onlar yeni lider Nikol Paşinyana bunu bağışlayacaqlarmı?
“Rosbalt” Azərbaycanın yeni taktikaya keçdiyini və addım-addım irəlilədiyini yazır.
“Münaqişə zonasında baş verənlər deməyə əsas verir ki, Azərbaycan ərazilərin azad edilməsi ilə bağlı yeni strateji taktikaya keçir. Hökumətini əsasən rusofoblar və “Sorosun oğlanları” (onların bəziləri hətta Rusiyanın ünvanına ədəbsiz fikirləri ilə yadda qalıb) ilə dolduran Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ üzrə danışıqlar formatının dəyişdirilməsini və tanınmamış “DQR”-in də iştirakını tələb edir. Bakı qəti şəkildə buna razı deyil və Paşinyanın istəyi danışıqlar prosesinin davamına güclü şəkildə ziyan vurur. Bütün bunların fonunda Qarabağda inqilab vəziyyəti yetişir. Düzdür, aksiya Paşinyanın çağırışı ilə dayandı, lakin bu prosesdə İrəvandakı inqilabın təzahürləri aydın görünür və qərbyönümlü Paşinyanın rolu var. Moskva ehtimal ki, artıq Ermənistanın Nazirlər Kabinetinin tərkibi haqqında dəqiq təsəvvürə malikdir. Və çətin ki, Paşinyan Rusiyanı “qərbyönümlü” olmadığına inandıra biləcək. Erməni hökumətində “Sorosun qulaqları” yerləşdirilir. Belə olan halda Moskva Paşinyana, yoxsa Əliyevə etibar edəcək? İndiki situasiyada “top” Azərbaycanın “sahəsində”dir. Belə olan halda ermənilərin yeganə yolu Bakı və Moskvanın “arasını vurmaqdır”. Rusiyada bəzi analitiklərin çıxışları təsadüfi deyil və bunlar anlamağa imkan verir ki, Rusiya Xarici İşlər Nazirliyində güclü erməni lobbisi mövcuddur. Bu arada, Azərbaycan KİV-i Rusiya XİN-ni ermənilərə işləməkdə ittiham edir, ermənilər də Lavrovun və Rusiya Müdafiə Nazirliyinin Bakının maraqlarına xidmət etdiyini iddia edir. Lakin niyə belə sual yaranmır ki, “Qarabağ postsovet məkanında ABŞ-dan birbaşa maliyyə yardımı alan yeganə tanınmamış respublikadır?”. Bir sözlə, kimin kimi dəstəklədiyini demək çətindir”, - agentlik yazır.
Məqalədə iyunun 7-də Moskvada Sergey Lavrovla Ermənistan xarici işlər naziri Zoqrab Mnasakanyanın görüşünə diqqət çəkilir və qeyd olunur ki, “tərəflər Qarabağ problemini və Xankəndindəki son hadisələri müzakirə edəcəklər və böyük ehtimalla danışıqların təfərrüatları ictimaiyyətə açıqlanmayacaq”.
“Bakı əvvəlcədən substantiv danışıqların keçirilməsinə hazır olduğunu bəyan etdi. Azərbaycan XİN-nin sözçüsü bildirdi ki, erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən çıxarılması və məcburi köçkünlərin evlərinə qayıdışı təmin edilməlidir. İrəvan buna razı olmur, buna görə də sövdələşməyə gedəcək. Lakin hansı “kozırlarla”? Güman ki, İrəvanın “kozır”ı “DQR”-in danışıqlarda iştirak etməməsi bəhanəsi olacaq. Digər tərəfdən, İrəvan Qarabağın müstəqilliyini tanıyacağını irəli sürəcək. Lakin buna getməyə çəkinəcək, çünki bu, Azərbaycanla müharibənin başlanması deməkdir. Paşinyanın sələfi Sarkisyan bunu yaxşı anlayırdı. Güman ki, Paşinyan vaxtı uzadacaq, manevrlər etməyə cəhd edəcək və həll prosesinin qarşısını alacaq. Mnasakanyan Lavrovla görüşündə də “DQR”-in danışıqlarda tərəf kimi iştirakını gündəmə gətirəcəyi gözlənilir. Beləliklə, münaqişə getdikcə dalana girir. Lakin Azərbaycan öz ərazilərinin qaytarılmasını addım-addım həyata keçirməyə davam edəcəksə, hər şey qəfil dəyişə bilər”, - “Rosbalt” yazır.
Ordumuz 3 postu, bir neçə kəndi azad etdi

Oxşar xəbərlər