Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub

AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
 
Qaynarinfo Mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.
 
Yeraltı təkanlar yeni 2 km dərinliyində 5,5 maqnituda gücündə olub.