Paytaxtdakı dayanacaqlarda quraşdırılan informasiya terminallarının əksəriyyəti işləmir.
İşləyənlərdə isə göstərilən məlumatlar düzgün deyil. Yəni bir sözlə nəqliyyatın intelektual idarəetmə sisteminin bir parçası olan bu monitorlardan vətəndaşlar faydalana bilmir. Problemlə bağlı cavabdeh qurumun mövqeyini də öyrənmişik.
Əksəriyyətinin üzərini toz basıb, müxtəlif reklam yazılarının yapışdırıldığı lövhəyə çevrilib.
Bir neçə il öncə paytaxtdakı dayanacaqların əksəriyyətinə quraşdırılan informasiya terminalları hazırda öz funksiyasını yerinə yetirmir.
Bəzi dayanacaqlardakı terminallar işlək vəziyyətdə olsa da informasiyalar düzgün deyil. Belə ki, həmin ərazidən keçen avtobusların heçdə hamısının marşurut xətti və intervalı ilə bağlı məlumatlar sistemə əlavə edilməyib. Sistemdə olan marşurutların hərəkət intervalı isə düzgün göstərilmir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, bu və digər çatışmazlıqların aradan qaldırılması üçün Türkiyədən mütəxəssislər dəvət olunub. İstanbulda nəqliyyatın inetellektual idarə edilməsini həyata keçirən qurumun nümayəndələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində olublar və mərkəzin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Yaxın vaxtlarda çatışmazlıqların aradan qaldırılması istiqamətində işlərə başlanılacaq.
Bizim Yol
Dayanacaqlardakı monitorlar niyə işləmir?

Oxşar xəbərlər