Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü Oqtay Gülalıyev partiyanın qurultatyında namizədliyini irəli sürmək qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Oqtay Güləliyevin özü bildirib.
O, deyib ki, 2018-ci ilin ikinci yarısında KXCP- nin növbəti qurultayının keçirilməsi nəzərdə tutulur:
“Mən hazırda partiyada heç bir vəzifə tutmuram, sıravi üzvəm. Xeyli vaxtdır ki, partiya rəhbərliyində təmsilçiliyim yoxdur. Bilirəm, bir çoxlarınız düşünə bilər ki, bu vəziyyətdə uğur qazanmaq çətindir. Amma mən fədakar cəhbəçilərin, xalqımızın dəstəyinə, apardığımız mübarizənin dürüst və haqlı olduğuna söykənərək, bu marafona qoşuluram. Digər tərəfdən KXCP sədri, hörmətli Mirmahmud Mirəlioğlu partiyanın 2015- ci ilin avqust ayında keçirilən sonuncu qurultayında bəyan edib ki, o, bundan sonra partiyanın sədri olmayacaq və növbəti qurultayda namizədliyini irəli sürməyəcək. Hələ ki, heç kim partiya sədrliyinə namizədliyini irəli sürməyib. Mən partiyanın Nizamnaməsi, qanunlar və etik çərçivədə mübarizəyə qoşulub partiyanın fəalları, qurultay nümayəndələri ilə görüşüb onlara fikirlərimi çatdıracam. Partiyanın sədri seçilərəmsə, qısa vaxtda KXCP- nin fəaliyyətinin güclənməsi, əvvəlki əzminin və nüfuzunun bərpası, eləcə də ölkə həyatına təsir imkanlarının artması yolları ilə bağlı onlara fikirlərimi çatdıracam. Bir sözlə, gözəl bir seçki kapmaniyası aparmağa, ölkədə rəqabətli seçki mədəniyyətinin formalaşmasına çalışacam”.
KXCP sədrliyinə yeni namizəd

Oxşar xəbərlər