Dəfələrlə İranı “məhv etdiyini”, ölkənin nüvə obyektləri, avadanlıqlarını sıradan çıxardığını söyləyən Amerika bu dəfə ağır duruma düşdüyünü başqa bir formada etiraf edib. Trampın illər öncə İranla nüvə danışıqlarından imtina edib bu danışıqları rədd etdiyi iddia indi onu aciz vəziyyətə gətirib. ABŞ Dövlət Departamenti bildirib ki, onlar İranda nüvə proqramının vəziyyətinin necəliyini bilmir. Bu isə öz növbəsində İrana qarşı hər dəfə hücuma İranın daha ağır silahlarla cavab vermə fonunda növbəti addımın daha ehtiyatlı atılmasını ABŞ-dan tələb edir.
ABŞ ordusunun məlumatına görə, Vaşinqton İranın nüvə proqramı haqqında məlumat verənlərə 20 milyon dollara qədər mükafat və köçürülmə təklif edir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Dövlət Departamentinin Ədalət Mükafatları proqramının İranın nüvə obyektləri, avadanlıqları və proqramla əlaqəli şəxslər haqqında məlumat axtardığını açıqlayıb. Elmi dairələrdə çalışan şəxslərlə bağlı məlumatlar, eləcə də bu cür avadanlıqların və ya şəxslərin hərəkəti də mükafata layiqdir.
Dövlət Departamenti mükafatla bağlı açıqlamasında İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) qarşısındakı təhlükəsizlik yoxlama öhdəliklərini yerinə yetirmədiyini iddia edib. Departamentin məlumatına görə, bu, agentliyin santrifüjlər kimi vacib komponentlərin istehsalı və inventarı ilə bağlı məlumatların davamlılığını itirməsinə səbəb olub.
Maraqlı budur ki, böyük cəsus şəbəkəsi və ən son texnoloji yenilikləri olan bir ölkə İrandan məlumat əldə etməyə bu qədər çətinlik yaşayır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Amerika qüvvələrinin İranın nüvə obyektlərini "tamamilə məhv etdiyini" bildirib.
ABŞ-dan növbəti aciz təklif: İranın nüvə proqramı haqqında məlumat verənə 20 milyon dollara qədər mükafat

Oxşar xəbərlər