Avropa İttifaqının Enerji Tənzimləyiciləri Əməkdaşlığı Agentliyinin (ACER) hesablamasına görə, ABŞ-nin İranla müharibəsi səbəbindən Avropadakı qaz istehlakçıları bu il əvvəlki həcmdə qaz üçün 33 milyard avroya qədər artıq pul ödəyib. İstilik mövsümü başlayan kimi qazın qiyməti meqavat-saat üçün 100 avronu keçib: bu, keçən ilki qiymətdən üç dəfə çoxdur.
Bi-Bi-Si-nin Rus xidməti yazır ki, ekspertlər Avropa üçün 2022-ci ildən bəri ən çətin qışı gözləyir. O vaxt Rusiya Ukraynaya hücumdan sonra Avropaya qaz tədarükünü kəsmişdi. “Wood Mackenzie” analitik şirkətinin Avropa qaz bazarı üzrə baş analitiki Tom Marzek-Manser deyib ki, münaqişə ilin sonuna qədər bitsə belə, qiymətlər artmağa davam edəcək.
Müharibə səbəbindən qaz yayda da baha olduğundan Aİ-nin yeraltı anbarları cəmi 75% doldurula bilib, orada 80 milyard kubmetrdən bir qədər az qaz var. Müqayisə üçün, əvvəlki iki qışda Aİ anbarlardan 60-66 milyard kubmetr qaz işlədib. Oksford Enerji Tədqiqatları İnstitutunun analitiki Cek Şarplsın hesablamasına görə, gələn yay anbarları bu ilki kimi 80% doldurmaq üçün əlavə 10 milyard, Avropa Komissiyasının tələb etdiyi 90% səviyyəsi üçün isə 20 milyard kubmetr qaz lazım olacaq. “Eurasia Group” şirkətinin enerji eksperti Henninq Qloystayn daha bir-iki il yüksək işıq və istilik ödənişləri gözlənildiyini deyib.
Anbarlar soyuq qış üçün yetərli olmadığından Avropa mayeləşdirilmiş qaz alışını artırmalı olacaq. Amma Hörmüz boğazının blokadası bu bazarda da qıtlıq yaradıb: müharibədən əvvəl dünya bazarına mayeləşdirilmiş qazın 20%-ni Qətər verirdi. ACER-in məlumatına görə, blokada təxminən 50 milyard kubmetrlik çatışmazlıq yaradıb, digər ölkələr isə tədarükü 36 milyard kubmetr artırıb. Bundan ən çox ABŞ (14 milyard kubmetr əlavə satış), Kanada (7 milyard) və Rusiya (5 milyard) qazanıb.
Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixrac edən ölkələrdəndir. Avropada qiymətlərin bir neçə mövsüm yüksək qalması Azərbaycan qazına tələbatı və ölkənin ixrac gəlirlərini artıra bilər.
Avropada qaz alıcıları İran müharibəsi səbəbindən bu il 33 milyard avroya qədər artıq ödəyib