Tanınmış futbolçu Elvin Cəfərquliyev Kərbəlaya yola düşdü

Azərbaycan Millisinin və “Qarabağ” Futbol Klubunun futbolçusu Elvin Cəfərquliyev Kərbəla ziyarətinə yola düşüb.

Bu barədə “Salam Tur”un qrup rəhbəri Ceyhun Hacıyev özünün sosial şəbəkə profilində paylaşım edib.

Yerli medianın məlumatına görə, Elvin Cəfərquliyev UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədə alıb. Futbolçu sentyabrın əvvəlində bu zədə ilə əlaqədar əməliyyat olunub.