15 saylı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist, siyasi məhbus Polad Aslanov Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə açıq müraciət ünvanlayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” barədə 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarına edilən son dəyişikliklərə əsasən, məktəblərdə təhsilalanların müəyyən edilmiş vahid geyim forması qaydalarına riayət etməsi və ümumi təhsilin dünyəvilik prinsipinə zidd olan geyim elementlərindən istifadə olunmaması tələbi yenidən gündəmə gəlib. Bu qərar cəmiyyətdə, xüsusilə məktəbli qızların geyimi və vicdan azadlığı məsələləri ətrafında geniş müzakirələrə səbəb olub.
Möhtərəm Şeyxülislam cənabları,
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə dəyişiklik edilməsi haqqında son qərarından sonra ölkə ictimaiyyətində, xüsusilə dindar vətəndaşlar arasında ciddi narahatlıq və gərginlik yaranıb. Qərarda təhsilalanların vahid geyim forması qaydalarına riayət etməsi və təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi müddəası yer alır.
Məsələyə hüquqi və dini aspektdən yanaşaraq bildirirəm ki, İslam fiqhinə və müqəddəs Quranın hökmlərinə əsasən, büluğ yaşına çatmış müsəlman qadın və qızlar üçün hicab bağlamaq fərz (vacib) əməl hesab olunur. Bu, sadəcə fərdi seçim və ya aksesuar deyil, dini inancın ayrılmaz hissəsidir.
Hüquqi və konstitusion baxımdan isə Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxsin vicdan və dini etiqad azadlığı təmin edilir, öz dininə maneəsiz əməl etmək və dini əqidəsini ifadə etmək hüququ tanınır.
Konstitusiyanın 34-cü maddəsi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu valideynlərə öz övladlarını dini inanc və dünyagörüşlərinə uyğun tərbiyə etmək, onları dini dəyərlərlə tanış etmək hüququ verir.
Konstitusiyanın 42-ci maddəsi hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir. Dini inancına və ya geyiminə görə şəxsin təhsil hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq insan hüquqları konvensiyalarına ziddir.
Ölkədə dini azadlıqlar və vətəndaşların hüquqları ilə bağlı belə həssas vəziyyətin yarandığı, təhsil müəssisələrində şagirdlərin və valideynlərin psixoloji və mənəvi çətinliklərlə üzləşdiyi bir vaxtda, ölkə müsəlmanlarının dini rəhbəri olaraq Qafqaz Müsəlmanları İdarəsinin və şəxsən sizin sükut saxlamağınız təəssüf doğurur.
Mövcud hüquqi normativlərin dini etiqad azadlığını və təhsil hüququnu məhdudlaşdırmadan tətbiq edilməsi, dövlət-din münasibətlərində balansın qorunması və vətəndaşların dini hissiyyatına hörmətlə yanaşılması üçün QMİ rəhbərliyi olaraq mövqeyinizi bildirməyinizi, həmçinin müvafiq dövlət qurumları qarşısında məsələyə aydınlıq gətirilməsi üçün təşəbbüs göstərməyinizi xahiş edirəm.
- Hörmətlə, Jurnalist Polad Aslanov
15 saylı Ciddi Rejimli Cəzaçəkmə Müəssisəsi / 24.09.2026
Polad Aslanovdan Şeyxülislam Allahşükür Paşazadəyə açıq müraciət