Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Cəzaçəkmə Müəssisəsində (Tubzon) saxlanılan dindar, siyasi məhbus Siyavuş Hüseynovdan ailəsi xəbər ala bilmir. Bu gün məlum olub ki, onu cəza kamerasına salıblar. Bu barədə onun ailəsi məlumat verib:
"Siyavuş sonuncu zəngindən bizə dedi ki, əgər zəng etməsəm bilin ki, məni "kars"a salıblar.
Amma səbəbinin izah etmədi. Bu gün xəbər tutduq ki, "kars"a salınıb.
"Tubzon" rəhbərliyi səbəbini demədi. Biz Ədliyyə Nazirliyinin və Pentensiar Xidmətin qaynar xəttinə zəng etdik. Bizə dedilər ki, sizə bu barədə məlumatı ancaq "Tubzon" rəhbərliyi verə bilər. "Tubzon" rəhbərliyi isə məlumat vermir.
Siyavuşun səhhətində ciddi problemlər var. Bu yayın qaynar istisində o, darısqal, havasız kamerada tənəffüs çatışmazlığından boğulub ölə bilər.
Biz çox narahatıq amma adiyyatı qurumların tükü tərpənmir. Bu qədər Allahsızlıq olar?"
Qeyd edək ki, molla Siyavuş kimi tanınan Siyavuş Hüseynov şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində 2024-cü ildə həbs edilib.
2024-cü ilin 9 avqust tarixində molla Siyavuş Hüseynova hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Siyavuş Hüseynov CM-nin 234.1-1 maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Arzu Abdullah
Siyasi məhbus bir həftədir "kars"da saxlanılır