İyulun 10-da Gəncə Şəhər Məhkəməsində həbsdə olan vəkil Zabil Qəhrəmanovun ittiham olunduğu iş üzrə hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Ülkər Babazadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Səadət Seyidlinin verdiyi vəsatətlərə baxılıb.
S.Seyidli əvvəlki prosesdə cinayət işinə xitam verilməsi, bu olmadığı təqdirdə Z.Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi xahişilə vəsatətlər vermişdi.
Məhkəmə vəsatətləri təmin etməyib.
Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası iyulun 23-nə təyin edilib.
Zabil Qəhrəmanov ötən ilin oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb.
Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.
Daha öncə - oktyabrın 8-də Vəkillər Kollegiyası Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcəkdi.
Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində ittiham olunan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.
Hüquq müdafiəçiləri Z.Qəhrəmanovu siyasi məhbus kimi tanıyır.
Zabil Qəhrəmanovun vəkilinin vəsatətləri təmin olunmayıb