Məlumata görə, sionist rejim ordusuna məxsus hərbi texnikadan açılan atəş nəticəsində Qəzza zolağının şimalında, Cəbəliyyə qaçqın düşərgəsinin qərbində yerləşən Əl-Fəlluca bölgəsində bir qadın yaralanıb.
Yerli mənbələr hadisədən sonra əraziyə tibbi briqadaların cəlb edildiyini bildiriblər.
Qəzza zolağının cənubunda sionist rejimin hərbi texnikasının Xan Yunisin şərq istiqamətində atəş açdığı bildirilir.
Eyni zamanda, sionist rejimin Hərbi Dəniz Qüvvələrinə məxsus katerlərin şəhər sahillərində atəş açdığı qeyd olunur.
Məlumata əsasən, Qəzza şəhərinin şərq hissəsində yaşayış binaları partlayışlarla dağıdılıb.
Bununla yanaşı, sionist rejimin hərbi texnikasının həmin ərazidə intensiv atəş açdığı, Qəzza zolağının mərkəzində yerləşən Bureyc qaçqın düşərgəsinin şimal hissəsinin isə artilleriya atəşinə məruz qaldığı bildirilib.
Atəşkəsin pozulduğu bildirilir.
Qeyd olunur ki, işğalçı İsrail ordusu 2025-ci il oktyabrın 11-də qüvvəyə mindiyi bildirilən atəşkəs razılaşmasını müxtəlif hərbi əməliyyatlarla pozmaqda davam edir.
İddialara görə, bu əməliyyatlar Qəzza zolağında müxtəlif ərazilərin nəzarətdə saxlanılması və müntəzəm hücumlarla müşayiət olunur.
Qəzza Səhiyyə Nazirliyinin açıqladığı son ümumi statistikaya əsasən, 2023-cü il oktyabrın 7-dən bəri bölgədə 73 min 118 nəfərin şəhid olduğu, 173 min 615 nəfərin isə yaralandığı bildirilir.
Qəzzada atəş və partlayışlar: Mülki şəxs yaralandı