İsrail artıq Ankaranı da təhdid edir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
İsrailin Suriya və Livana qarşı hücumlarına toxunan Ərdoğan bildirib ki, “Türkiyənin təhlükəsizliyi təkcə Hataydan (Türkiyənin sərhəd bölgəsi – red.) deyil, Hələbdən və Şamdan (Suriya), Beyrutdan (Livan) başlayır”.
Ərdoğan deyib ki, İsrail və İsrailin əlaltıları indi də Türkiyəyə qarşı təhdidlər səsləndirirlər. O, İsrailin “Böyük İsrail” xülyasında olduğunu və həmin “Böyük İsrail”ə Türkiyə ərazilərinin də daxil olduğunu bildiyini bəyan edib.
“(İsrail baş naziri Binyamin) Netanyahu və (onun) cinayət şəbəkəsi <…> artıq Türkiyəni də təhdid edən bir nöqtəyə çatıb”, – deyə o vurğulayıb.
O əlavə edib ki, İsrail qurulduğu gündən bəri regionda sülhü, əmin-amanlığı, rifahı və təhlükəsizliyi daim təhdid etməkdədir, hətta Afrika ölkələri və Aralıq dənizi bölgəsi üçün də problem mənbəyidir.
Ərdoğan İsraili “çiban” və “fitnə fabrikası” adlandırıb.
Ərdoğan: İsrail artıq Türkiyəni də təhdid edir