İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb

İsrail ordusu Livandakı Bofor qalasını ələ keçirdiyini iddia edir.

Reuters və Associated Press agentliklərinin yaydığı məlumata görə, İsrail qüvvələri Livanın cənubunda, Nəbatiyyə şəhəri yaxınlığında yerləşən Bofor qalasını ələ keçirib.

Məlumatlar İsrailin dövlət televiziyasında da yayılıb. Məlumata görə, Livan-İsrail sərhədindən təxminən 15 kilometr məsafədə, yüksək dağ silsiləsində yerləşən və səlibçilər dövründə inşa olunmuş strateji qala üzərində İsrail bayrağının qaldırıldığını göstərən görüntülər yayılıb.

Livan rəsmiləri tərəfindən məsələ ilə bağlı hələlik hər hansı açıqlama verilməyib.

İsrail qüvvələri Bofor qalasını daha əvvəl 1982-ci ildə də ələ keçirmiş və 2000-ci ildə Livandan geri çəkilənə qədər burada qalmışdı.