İran Xarici işlər naziri İran və ABŞ arasında dialoqun mövzusunun yalnız nüvə məsələsi olduğunu bildirərək deyib: İclasda vurğuladıq ki, nüvə danışıqları və əsas məsələlərin həlli sakit mühitdə, gərginliksiz və təhdidsiz aparılmalıdır. İstənilən dialoqun zəruri şərti təhdid və təzyiqdən imtinadır. Biz bu məsələni bu gün də açıq şəkildə ifadə etdik və gözləyirik ki, mütləq şəkildə buna əməl olunsun ki, danışıqların davamı mümkün olsun.
Xarici işlər naziri Seyid Abbas Əraqçi, ABŞ-lə Oman vasitəçiliyi ilə aparılan birbaşa olmayan danışıqların bu raundu başa çatdıqdan sonra Maskatda jurnalistlərə açıqlamasında bildirib: Bu gün uzun və intensiv müzakirələr aparılıb.
Əraqçinin sözlərinə görə, danışıqlar səhər saat 10:00-da başlayıb və axşam saat 18:00-a yaxınadək bir neçə sessiya şəklində davam edib. Görüşlər birbaşa olmayan formatda keçirilib. O, Oman xarici işlər naziri Bədr əl-Busaidinin həm qonaqpərvərlik və ev sahibliyi, həm də tərəflər arasında mesajların ötürülməsi baxımından böyük zəhmət çəkdiyini vurğulayıb.
İranın narahatlıqları qarşı tərəfə çatdırılıb
Xarici işlər naziri, bir müddət fasilədən sonra tərəflərin mövqelərinin bir-birinə ötürülməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq deyib: İranın narahatlıqları, maraqları və İran xalqının hüquqları qarşı tərəfə yaxşı və konstruktiv mühitdə çatdırılıb, eyni zamanda qarşı tərəfin baxışları da dinlənilib.
Seyid Abbas Əraqçi bildirib ki, bu mərhələni “yaxşı başlanğıc” kimi qiymətləndirmək olar. Bununla belə, danışıqların davamı paytaxtlarda aparılacaq məsləhətləşmələrdən sonra müəyyənləşəcək. O qeyd edib ki, ümumilikdə danışıqların davam etdirilməsi məsələsində razılıq var, lakin vaxt, tarix və format məsələləri Oman xarici işlər naziri vasitəsilə sonrakı məsləhətləşmələrdə dəqiqləşdiriləcək.
ABŞ-yə etimadsızlıq danışıqların qarşısında ciddi maneədir
İran XİN rəhbəri vurğulayıb: Ölkə səkkiz ay davam edən gərgin və müharibə ilə müşayiət olunan dövrdən sonra yenidən dialoq mərhələsinə daxil olur. Bu müddətdə yaranan və əvvəlki etimadsızlıqları daha da dərinləşdirən inamsızlıq mühiti danışıqlar qarşısında ciddi maneədir. Onun sözlərinə görə, ilk mərhələdə bu etimadsızlıq aradan qaldırılmalı, daha sonra isə İran xalqının maraqlarını təmin edə biləcək yeni dialoq çərçivəsi formalaşdırılmalıdır.
Əraqçi bildirib: Bu mövzuda ilkin müzakirələr aparılıb və tərəflərin baxışları dinlənilib. Əgər qarşı tərəfdə eyni yanaşma davam edərsə, növbəti görüşlərdə danışıqların mövzuları üzrə ümumi və razılaşdırılmış çərçivəyə nail olmaq mümkündür. Bununla belə, o, yekun nəticə barədə indidən hökm vermək istəmədiyini qeyd edib və prosesin davamının həm qarşı tərəfin mövqeyindən, həm də Tehranda qəbul olunacaq qərarlardan asılı olduğunu vurğulayıb.
ABŞ-lə danışıqlar yalnız nüvə mövzusundadır
Seyid Abbas Əraqçi İranın regional təhlükəsizliklə bağlı narahatlıqlara dair İRNA-nın sualını cavablandıraraq bildirib ki, ABŞ-lə aparılan danışıqlar yalnız nüvə məsələsi ilə məhdudlaşır və digər mövzular üzrə heç bir müzakirə aparılmır.
O əlavə edib: Nüvə danışıqları və əsas məsələlərin həlli yalnız sakit, gərgin olmayan və təhdidsiz mühitdə mümkündür. İran bu məqamı danışıqlarda açıq şəkildə vurğulayıb və davamlı dialoq üçün təhdid və təzyiqlərdən çəkinilməsini vacib şərt kimi qarşı tərəfin diqqətinə çatdırıb.
Əraqçi: Bu gün açıq şəkildə bəyan etdik ki, istənilən dialoqun əsas şərti təhdid və təzyiqdən çəkinməkdir