Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Azadlıq" qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahidin ittiham olunduğu cinayət işi üzrə son məhkəmə prosesi keçirilib.
Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Q.Zahidə qiyabi hökm oxunub. Hökmə əsasən, ona 7 il azadlıqdan məhrumetmə cəzası verilib.
Jurnalist Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Cinayət işində iddia olunur ki, Q.Zahid 2018-ci ildə “Youtube” kanalında Azərbaycanda "qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar" yayıb.
Digər bir xəbərdə isə bildirilir ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevə də qiyabi hökm oxunub.
Onun ittiham olunduğu iş üzrə proses də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilib. Prosesdə sabiq rektora 15 il azadlıqdan məhrumetmə cəzası verilib.
O, Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə təqsirləndirilib.
Qənimət Zahid və Elşən Abdullayevə qiyabi hökm oxunub