Səudiyyə Ərəbistanı ordusu Yəmənin sərhəd bölgələrinə artilleriya hücumu edib

Yəmən mediası Səudiyyə Ərəbistanı ordusunun Yəmənin sərhəd kəndlərinə artilleriya hücumu etdiyini xəbər verib.

Məlumatlara görə, bu hücumlar Səudiyyə ordusunun Yəmənin sərhəd bölgələrinə təkrarlanan təcavüzlərinin davamı olaraq, beynəlxalq qanun və normaların açıq şəkildə pozulması şəraitində həyata keçirilib. Hücumlar nəticəsində yəmənli vətəndaşların mülkiyyətinə ziyan dəyib və əhali arasında qorxu və təşviş yaradılıb.

 Yəmən mediasının bildirdiyinə görə, Səudiyyə ordusunun Yəmənin sərhəd bölgələrinə bu hücumu, hər gün sərhəd bölgələrində baş verən Səudiyyə təcavüzlərinin davamıdır. Hücumlar indiyədək maddi ziyan vurub və vətəndaşların həyatına təhdid yaradır.