Siyasi məhbus Tərlan Sayadov Umbakıda cəza karserinə salınaraq döyülüb. Bu barədə məlumatı o, dekabrın 10-da ailəsi ilə telefon əlaqəsi zamanı verib. İnancına görə hədəfə alınan məhbus noyabrın 28-də Umbakıya köçürülüb və elə həmin gün də karserə yerləşdirilib.
Tərlan Sayadov bildirir ki, karserə düşməsinə səbəb namaz qılması üçün səccadə tələb etməsi olub:
“Burada ətraf natəmiz olduğuna görə namaz qılmaq üçün səccadə istədim. Umbakıya gələndə öz səccadəmi də götürmüşdüm. Lakin karantin otağında onu görmədim və nəzarətçiyə dedim ki, natəmiz yerdə namaz qıla bilmərəm. Buna cavab olaraq kobud reaksiya göstərdilər. Ardınca bir neçə müəssisə əməkdaşı gəlib məni daxili qaydaları pozmaqda və əməkdaşla kobud davranmaqda ittiham etdilər və 12 günlük karserə salınacağımı bildirdilər.”
Karserdə isə Tərlan Sayadova daha sərt “dərs vermək” istəyən müəssisə əməkdaşları ona fiziki zor tətbiq edərək döyüblər. Açıq görünür ki, üstünə düşülməkdə məqsəd Umbakıda keçirəcəyi qalan müddət üçün onu qorxutmaq və hər hansı haqlı etirazının qarşısını almaqdır.
Baş verənlər, sözsüz ki, həbsxanalarda geniş yayılmış özbaşınalıqların növbəti nümunəsidir. Qanunsuzluğun hökm sürdüyü qapalı müəssisələrdə işgəncə və təzyiq halları davamlı xarakter daşıyır və bu da sistemli özbaşınalığın qarşısını almaq əvəzinə, onu daha da gücləndirir.
Qeyd edək ki, Tərlan Sayadov 23 iyul 2025-ci ildə saxta narkotik ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu ilin 4 noyabrında isə cəza çəkdiyi 13 saylı müəssisədə “daxili qaydaları pozmaq” bəhanəsi ilə 6 aylıq ciddi qapalı rejim - Umbakıya göndərilmə cəzası alıb. Noyabrın 28-də isə oraya köçürülüb.
İnanclı məhbus Umbakıda karserə salınaraq döyülüb