Bismillahir-Rahmənir-Rahim
Hər bir mühüm sosial hadisənin və ondan sonra yaranan ictimai mühitin patoloji təhlilə ehtiyacı var. 2015-ci ildə Nardaranda baş vermiş hadisə isə həm əhəmiyyəti, həm də dönüş nöqtəsi olması baxımından kifayət qədər araşdırılmayıb. Bu səbəbdən Azərbaycan kimliyinə yad olan müəyyən ünsürlər uzun müddət həmin hadisə üzərində manevr edərək onu xalqa fərqli prizmadan təqdim etməyə çalışıblar. Azərbaycan miqyasında qiymətləndirdikdə düşünürəm ki, Nardaran hadisəsi əhəmiyyətinə görə Nigeriya İslam Hərəkatının başlanğıcı sayılan “Funtuvva bəyanatı” və ya Yəmən İslam Hərəkatının katalizatoru olmuş Seyyid Hüseyn Bədruddinlə onun sədaqətli, mömin dostlarının şəhadəti qədər önəmli bir hadisə idi. Lakin təəssüf ki, bu mühüm sosial prosesin zamanında düzgün analiz edilməməsi və ona doğru reaksiya verə bilməməyimiz nəticəsində düşmənlər müxtəlif şübhələr və qarayaxmalar yaymağa nail oldular. Bunun ardınca Nardaran hadisəsinin əhəmiyyətini azaltmaq, müqavimət hərəkatının öncül şəxsiyyətlərini qaralamaq, onları ölkəmizə sızmış yad elementlərə qarşı dayanan insanlar kimi deyil, guya Azərbaycan xalqının əleyhdarları kimi göstərmək cəhdlərinin şahidi olduq. Halbuki Nardaranda baş verən faciə xalqın etiraz ruhundan doğan təbii narazılığın qeyri-təbii şəkildə, yəni qurğuşun və qanla boğulması cəhdi idi. Xalqın müqavimət ruhundan doğan övladlarının uzunmüddətli həbsi isə oyanış və dirçəliş düşüncəsini beşikdə boğmağa yönəlmiş addım idi. Beləliklə, sosial mühəndislik vasitəsilə xalq etirazının boğulmasına cəhd edildi və bunun ardınca geniş media hay-küyü, böhtan və şər kampaniyası yaradıldı. Elə bir ümumi ittiham atmosferi formalaşdırıldı ki, bəzən hətta bəzi dostlar belə bu süni mühitin təsirinə düşdülər və bəzən ittiham barmağını zalıma deyil, məzluma yönəltdilər.
Nardaran hadisəsinin ildönümünü qeyd etmək yalnız faciənin yaddaşlarda yaşadılması demək deyil. Bu, hadisənin üzərinə çəkilmiş qubar pərdələrini silmək, Azərbaycan insanı üçün nicat yeri ola biləcək müqavimət diskursuna qarşı törədilmiş tarixi cinayəti ifşa etmək və düşmənin sosial mühəndislik cəhdlərini alt-üst etməkdir.
Mən Nardaran hadisəsində şəhid olmuş Azərbaycan övladlarına Allahdan uca məqam, bu hadisədə ittihamlara, zülmə məruz qalmış sədaqətli, iradəli və öncül şəxsiyyətlərə isə ideallar və ideyalar uğrunda mübarizələrində böyük qələbə arzu edirəm.
Azərbaycan Araşdırma Mərkəzi
Orxan Məmmədov
Nardaran hadisəsi