BMT-nin xüsusi məruzəçisi: İsrailin Livana hücumları hərbi cinayətdir

Qanunsuz edamlarla bağlı məsələlər üzrə BMT-nin xüsusi məruzəçisi İsrailin Livanda mülki şəxslərə qarşı həyata keçirdiyi hücumları hərbi cinayət kimi qiymətləndirib.

BMT-nin xüsusi məruzəçisi həmçinin İsrailin Livana yönəltdiyi təcavüzkar hücumların BMT Nizamnaməsini, 1701 saylı qətnaməni və Livanın suverenliyini pozduğunu bildirib.

Livan Səhiyyə Nazirliyi isə dünən – cümə günü İsrail rejiminin atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri Livana qarşı həyata keçirdiyi təcavüzkar hücumlar nəticəsində şəhid olanların və yaralananların sayına dair yeni statistika açıqlayıb.