Eyni zamanda cari ilin ilk 10 ayında Azərbaycandan Gürcüstana ixrac edilmiş məhsulların 273,6 milyon ABŞ dollarını qeyri-neft məhsulları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 39,6 milyon ABŞ dolları və ya 16,9% çoxdur.
Gürcüstana ixrac edilmiş qeyri-neft məhsullarının ümumi ixracda payı 9,16% paya malik olub. Bununla da Gürcüstan dövr ərzində Azərbaycanın ən çox 4-cü qeyri-neft məhsulları alıcısı mövqeyində qərarlaşıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 142,1 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,4 milyon ABŞ dolları və ya 40% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6% artıb.
Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 699,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 22,5 milyon ABŞ dolları və ya 3,3% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,71%-i həcmində olub.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 557,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyon ABŞ dolları və ya 3,1% azdır.
Dövr ərzində Gürcüstana ixrac edilmiş məhsulların 1,586 milyon ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə 3 838 tona bərabər olub. Ötən ilin eyni dövründə Azərbaycandan Gürcüstana sözügedən məhsulların ixracı qeydə alınmayıb.
Beləliklə, Gürcüstan hesabat dövründə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr siyahısında 21-ci pillədə qərarlaşıb.