Ciddi-qapalı rejimli müəssisədə cəza çəkən siyasi məhbus Tərlan Səyadov “26 noyabr - Nardaran hadisələri” ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Allahın salamı bütün İslam şəhidlərinə olsun! Allahın salamı haqqı müdafiə edərək şəhadətə ucalan Nardaran şəhidlərinə olsun. Kərbəlada İmam Hüseynə (ə) və tərəfdarlarına namaz qılarkən ox atan zülmkarlar, Nardaranda da Hacı Tale və tərəfdarlarına namaz vaxtı güllə yağdırdılar.
Xoş olsun şəhid Rəfaillərin və Əkbərlərin halına ki, öz qanları ilə tarix yazdılar və Kərbəla şəhidlərinin yoluna qoşuldular.
Şübhəsiz ki, hər haqqın qoruyanı, hər axıdılan qanın isə intiqam alanı vardır. Bizim haqqımızın qoruyucusu qüdrətli Allahdır. Nardaran şəhidlərinin ailələrinə səbir diləyir, ədalətin İlahi qüdrətin əli ilə yerini tapmasını arzu edirik.
Uca Allah Rum surəsinin 47-ci ayəsində buyurur: “Biz günahkarlardan intiqam alırıq. Möminlərə daim kömək etmək bizim öhdəmizdə olan haqqdır və vacibdir.”
Tərlan Səyadov
Tərlan Səyadov “26 Noyabr – Nardaran hadisələri” ilə bağlı paylaşım edib