Sahil və mərkəzi bölgələrdə kütləvi etirazlar
Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) bu gün Hums, Həma və ölkənin sahil bölgələrində yerləşən Latakiya, Cəblə və Tartusda genişmiqyaslı etirazlar baş verdiyini açıqlayıb. Etirazların əsas tələbi yerli özünüidarəetmə və siyasi məhbusların azad edilməsi olub. SOHR-ın məlumatına görə, nümayişçilərə qarşı təhlükəsizlik qüvvələri tərəfindən sərt müdaxilə edilib və bir neçə nəfər yaralanıb.
Daxili İşlər Nazirliyindən açıqlama
Müşahidə Mərkəzi bildirib ki, dinc aksiyalara Suriya hakimiyyəti tərəfindən atəş açılması, həmçinin müxtəlif bölgələrdə etirazçıların zorakı şəkildə dağıdılması qeydə alınıb. Etirazların artması fonunda sahil şəhərlərində gərginliyin daha da yüksəldiyi bildirilir.
Cəblədə alovlanan gərginlik
SOHR-ın məlumatına əsasən, Cəblədə keçirilən aksiya zamanı hakimiyyəti dəstəkləyən qruplar nümayişçilərə hücum edib. Bu etirazın iştirakçıları əsasən bölgənin əksəriyyətini təşkil edən alavit icmasının üzvləri olub və onlar da yerli idarəetmənin gücləndirilməsi və həbs edilən şəxslərin azadlığını tələb ediblər.
Hadisə zamanı real güllələrdən istifadə edildiyi, əlbəyaxa dava baş verdiyi və bəzi etirazçıların döyüldüyü bildirilib. Təhlükəsizlik qüvvələri hadisədən sonra Cəblə şəhərinin Əl-İmara küçəsinin girişini bağlayıb, lakin etirazçılar buna cavab olaraq şəhərin müxtəlif nöqtələrində yenidən toplaşıblar.
Hökumət qüvvələri həmçinin Cəblə ətraf kəndlərdən şəhərə gəlmək istəyən insanların qarşısını alıb.
Tartusda gərginlik: Abidəyə hücum və şüarlar
Tartus şəhərində də bu gün oxşar tələblərlə aksiya keçirilib. Etirazçılar siyasi məhbusların azad edilməsini və təhlükəsizlik strukturlarının zorakılıqlarına son qoyulmasını tələb ediblər. SOHR bildirir ki, aksiyalar zamanı Şeyx Saleh əl-Əlinin heykəli zədələnib və hazırkı hakimiyyəti dəstəkləyən qruplar tərəfindən təxribat xarakterli məzhəbçi şüarlar səsləndirilib.
Humsda atəş və həbslər
Humsun Əz-Zəhra məhəlləsində etirazçılar silahlı qruplar tərəfindən atəşə tutulub. SOHR yaralıların olduğunu və nümayişçilərin döyüldüyünü bildirib. Silahlı şəxslər etirazçılara qarşı həm güllə, həm də fiziki zorakılıqdan istifadə ediblər. Yerli mənbələr təhlükəsizlik xidmətləri tərəfindən bir neçə nəfərin saxlanıldığını və atəşin yaşayış binalarına doğru açıldığını təsdiqləyib.
Alavit dini liderindən çağırış
Etirazlar, Suriyada və diasporada fəaliyyət göstərən Ali Əlavi İslam Şurasının rəhbəri Şeyx Qəzəl Qəzəlin çağırışı ilə əlaqədar olaraq keçirilib. O, ölkə boyunca dinc nümayişlərə qoşulmağı, “müvəqqəti hakimiyyətin pozuntularına” qarşı çıxmağı və məzhəbçi nifrət dilindən uzaq durmağı tövsiyə edib.
Şeyxin çağırışı ələvilərin yaşadığı sahil, Hums və Dəməşqin bəzi məhəllələrində artan gərginlik fonunda edilib. Ekspertlər xəbərdarlıq edirlər ki, son zorakılıqlar ölkəni daha dərin siyasi və cəmiyyət daxili parçalanmaya sürükləyə bilər.
Daxili İşlər Nazirliyindən açıqlama
Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba isə vəziyyətlə bağlı açıqlama verərək, “xaricdən yönləndirilən və fitnə yaratmağı hədəfləyən çağırışlara uymamağa” səsləyib. O, bütün suriyalıların söz və etiraz azadlığının qorunmasının vacibliyini vurğulayıb və cəmiyyət daxilində ayrı-seçkiliyə yol verilməməli olduğunu bildirib.
Suriyada etirazlara sərt müdaxilə: Yaralananlar var