Fransada kütləvi etirazlar zamanı 300-dən çox şəxs saxlanılıb

Fransada kütləvi etirazlar zamanı 300-dən çox şəx saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Etirazlar zamanı ən azı 11 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Bundan əlavə, təxminən 10 aksiya iştirakçısı və 1 jurnalist yaralanıb.

Fransada keçirilən genişmiqyaslı etiraz aksiyaları “Hər şeyi blok edək” şüarı altında təşkil olunur və ölkə əhalisinin hökumətin təklif etdiyi sərt iqtisadi islahatlara etirazını əks etdirir.