Pakistanda ordu konvoyuna hücum olub, 12 əsgər həlak olub

Pakistanın şimal-qərbində ordu konvoyuna hücum nəticəsində 12 əsgər həlak olub.

Pakistan mətbuatı xəbər verir ki, hadisə Əfqanıstan sərhədinə yaxın olan Cənubi Vəziristan bölgəsində baş verib.

Hücuma görə Pakistan Talibanı qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, Pakistan Talibanı Pakistan təhlükəsizlik qüvvələrinə qarşı tez-tez hüumlar həyata keçirir.

Rəsmi İslamabad bu qruplaşmanın Əfqanıstanda Taliban hökuməti tərəfindən himayə olunduğunu iddia edir.

Əfqanıstan hökuməti isə bu iddianı rədd edir.