“İslamda qadın xüsusi ehtirama və dəyərə malik olduğu kimi, bizim müsəlman və qeyrətli xalqımız da tarix boyu iffətli və ismətli xanımlara həmişə xüsusi önəm, dəyər və sevgi göstərmişdir. Bu xalqın dünənindən bu gününə qədər hər bir qeyrətli Azərbaycan kişisi üçün ismətli xanımlar namus, qeyrət və qırmızı xətt hesab olunmuşdur.
Son baş verən hadisələrdən göründü ki, xalqımızla hakim sistemin ismətli və iffətli xanımlara münasibəti tam fərqlidir. Belə ki, günahsız, dindar bacılarımız onlara yaraşmayan maddələrlə şərlənərək həbs olunmuşlar.
Əgər Azərbaycan tolerant dövlət adlanırsa, necə ola bilər ki, öz ata-baba və İlahi məzhəbi ayinini icra edən inanclı, iffətli bacılarımız şərlənərək həbs edilsin? Təəssüf ki, nahaqdan yüzlərlə ruhani və dindar qardaşlarımızı həbsə almış hakim sistem üçün indi də inanclı bacılarımızı şərləyib həbs etmək adi hala çevrilmişdir.
Hər bir qeyrətli azərbaycanlı kimi, bu xalqın övladları olaraq, hakim sistemdən əziz, iffətli və ismətli bacılarımızın dərhal azad olunmasını tələb və bu addımını isə dinimizə və əqidəmizə qarşı açıq təxribat hesab edirik.”
Elvin Nəsirov
Lənkəran cəzaçəkmə müəsisəsi
Lənkəranda cəzaçəkən siyasi məhbus Elvin Nəsirov inanclı xanımların həbsinə etirazını bildirdi