Yəməndə şəhidlərin sayı 10-a, yaralıların sayı isə 92-yə çatıb

İsrail ordusunun döyüş təyyarələrinin Yəmənə hücumları nəticəsində şəhid və yaralananların sayı artıb.

Yəmənin paytaxtı Sənaya qarşı soyqırım törədən İsrail hava hücumlarında şəhid olanların sayının 10-a, yaralıların sayının isə 92-yə yüksəldiyi açıqlanıb.

Əl-Masirah televiziyasının məlumatına görə, Husilərə bağlı Səhiyyə Nazirliyi İsrailin hücumları ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bunlar yer alıb: “Düşmən İsrail təyyarələrinin paytaxt Sənaya həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 10-a, yaralıların sayı isə 92-yə çatıb”.