İsrail yenidən xəstəxana bombaladı

Qəzzadakı Fələstin hökuməti soyqırım törədən İsrailin 13-cü dəfə Əl-Əqsa Şəhidləri Xəstəxanasını hədəf aldığını açıqlayıb.

Qəzzadakı Fələstin hökuməti İsrailin bölgədəki səhiyyə ocaqlarına hücumları ilə bağlı yeni açıqlama yayıb. Hökumət Əl-Əqsa Şəhidləri Xəstəxanasının yenidən hədəfə alındığını açıqlayıb.

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, cümə günü İsrail döyüş təyyarələrinin işğalı altında Əl-Əqsa Şəhidləri Xəstəxanasının bombalanmasının 7 oktyabr 2023-cü ildən bəri 13-cü hücum olduğu bildirilib.

Hücumun sistematik olaraq səhiyyə infrastrukturunu hədəfə alma məqsədi daşıdığı vurğulanan bəyanatda, "İsrail ordusunun Qəzza xalqına qarşı davam edən hücumları və soyqırım cinayətlərinin bir hissəsi olaraq, cümə günü işğalçı qüvvələr xəstəxana daxilində, xüsusilə də poliklinikanın üstündəki bir qaçqın çadırını hədəf alıb".

Açıqlamada hücumun iki nəfərin həyatına son qoyduğu, çoxlu sayda insanın yaralandığı, xəstəxanaya ciddi maddi ziyan vurduğu, onlarla xəstənin həyatını birbaşa təhlükəyə atdığı qeyd edilib. Həmçinin İsrailin və onu dəstəkləyən ölkələrin bu hücumlara görə məsuliyyət daşıdığı qeyd edilib və BMT və beynəlxalq təşkilatları təcili müdaxilə etməyə və xəstəxanaları qorumağa çağırıb.