Kanada Qəzza sakinləri üçün 9 ton humanitar yardım maliyyələşdirib

Kanada Qəzza zolağının sakinləri üçün havadan atılan 9 ton humanitar yardımın maliyyələşdirilməsini təmin edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum bəyan edib ki, Qəzzada mövcud olan fəlakətli humanitar böhran dözülməzdir və hərəkətsizlik yolverilməzdir.

Qeyd olunub ki, İordaniya ilə əməkdaşlıq çərçivəsində Kanada Qəzza əhalisinə həyati əhəmiyyətli yardımlar göstərməyə davam edir.