İsrail ÜST əməkdaşlarını həbs etdi

İsrail əsgərləri ÜST-nin iki əməkdaşını Qəzzadakı evlərində həbs edib. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) özünün X sosial media platformasında açıqlayıb. 

Bildirilib ki, İsrail ÜST-nin anklavdakı əməliyyat varlığını pozub. 

Təşkilatın bəyanatında deyilir ki, İsrail əsgərləri aktiv döyüşlər zamanı bölgəyə girərək qadın və uşaqları Əl-Məvasiyə təxliyə etməyə məcbur ediblər. Kişi işçilər və ailələri qandallı halda təxliyə edilib, lüt soyundurulub, yerində sorğu-sual edilib və silah gücünə axtarış aparılıb. ÜST-nin iki əməkdaşı və iki ailə üzvü həbs edilib, onlardan üçü daha sonra sərbəst buraxılıb, lakin bir əməkdaş hələ də həbsdədir.