"Azərbaycan Dəmir Yolları"-nın sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər.
Bu barədə məlumatı Gürcüstan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayıb.
Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma xidmətlərinin bərpa olunması imkanlarını müzakirə ediblər.
Bildirilib ki, Rövşən Rüstəmov və Mariam Kvrivişvili Tbilisidə baş tutan görüşdə bu məsələnin əhəmiyyətini xüsusi vurğulayıblar.
Qeyd edək ki, nazir Mariam Kvrivişvili yaxın günlərdə Azərbaycana səfər edib. Səfər çərçivəsində onu Prezident İlham Əliyev qəbul edib və o, Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə bir sıra görüşlər keçirib.
Gürcüstan və Azərbaycan dəmir yolu ilə sərnişindaşımalarının bərpasını müzakirə edilib