İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılması haqda qanun layihəsini təsdiqləyib

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığını dayandıran qanun layihəsi parlamentdə təsdiqlənib.

Bu barədə İran parlamentinin rəyasət heyətinin nümayəndəsi Əlirza Səlimi bildirib.

Qeyd edilib ki, İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər AEBA müfəttişlərinin İrana girişinə qadağa qoyulacaq.

"İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığı, o cümlədən onun müşahidəçiləri tərəfindən yoxlamaları dayandıran qanun layihəsini qəbul edib. Qanunvericiliyə əsasən, milli nüvə təhlükəsizliyi təmin edilmədiyi təqdirdə AEBA müfəttişlərinin ölkəyə girişi qadağan ediləcək və gələcəkdə istənilən giriş İranın Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini tələb edəcək", - o vurğulayıb.