Təl-Əvivdəki Norveç səfirliyinin iqamətgahına qumbaraatan hücumu gerçəkləşib

İsrailin İrana hücumlarının kölgəsində Norveç səfirinin Təl-Əvivdəki iqamətgahına əl qumbarası atılıb. Hücum zamanı xəsarət alan olmasa da, İsrailin xarici işlər naziri Saar hücumu pisləyib və cinayətkarların tapılacağına inandığını bildirib.

İsrailin xarici işlər naziri Gideon Saar sosial media hesabından verdiyi açıqlamada Norveçin Təl-Əviv səfiri Per Egil Selvaaqla telefonla danışdığını və iqamətgahın bağçasına əl qumbarasının atıldığını təsdiqlədiyini bildirib.

İsrailin 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı törətdiyi soyqırım hücumlarından sonra Norveç 2024-cü ilin mayında Fələstin dövlətini tanımaq qərarına gəlib. Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi Norveçin Fələstin məsələləri ilə məşğul olan diplomatlarının diplomatik statusuna xitam verib.