Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Tofiq Yaqublu başda olmaqla siyasi məhbuslara azadlıq!" tələbilə mitinq təyin etmək niyyətində olduqlarını deyib.
O bu barədə “Facebook” hesabında məlumat yayıb.
Əli Kərimli bildirib ki, AXCP və Milli Şura strukturlarında mitinq barədə müzakirələr başa çatmaq üzrədir.
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu artıq 18-ci gündür ki, həbsinə etiraz olaraq təcridxanada aclıq aksiyası keçirir.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı siyahıya əsasən, Azərbaycanda hazırda 357 siyasi məhbus var.
Onların 20-dən çoxu jurnalistdir.
Azərbaycan hakimiyyəti ölkədə siyasi səbəblə heç kimin həbs edilmədiyini deyir və fərdlərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir.
Əli Kərimli siyasi məhbuslara azadlıq tələbilə mitinq təyin etmək niyyətində olduqlarını deyib