Əfv Komissiyasının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda müraciətlərə baxılıb.

Komissiya üzvü Rəşad Məcid APA-ya bildirib ki, iclası Prezident Administrasiyasının rəhbəri, Əfv Komissiyasının sədri Samir Nuriyev açıb. İclasda 100-dən artıq müraciət müzakirə olunub: "Bunlar əsasən ağır cinayətlər, eləcə də ölüm işlərində məhkum olunan şəxslərin müraciətləri idi. Hər bir müraciət müzakirə olunaraq münasibət bildirildi. Komissiya üzvlərinin, administrasiyanın müvafiq şöbələrinin və hüquq-mühafizə orqanlarının rəyləri dinlənildi. Səsvermə nəticəsində qərarlar qəbul olundu. Komissiya öz işini davam etdirəcək”.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.