Yanvarın 19-da İranın Ərdəbil şəhərində “Dünya Müsəlman Azərilər Günü” adlı tədbir keçirib. Atıq 10 ildir keçirilən Dünya Müsəlman Azərilər Günü tədbiri bu il “Din, Dil, Torpaq” şüarı altında Ərdəbilin Şeyx Səfi Kompleksinin Xətayi zalında təşkil olunub. Tədbir hər il Ərdəbil və bəzi digər şəhərlərdə qeyd edilir.
Mərasimdə çıxış edən Ərdəbilin cümə imamı və İranın ali liderinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyyid Həsən Amili 1990-cı ilin yanvar ayında Azərbaycan SSR–də baş verən olaylara işarə edərək “19 yanvar günündə ‘Azərilərin’ İrani kimliyinin tamamən aşkar olunduğunu” söyləyib. “Elə ki, onlar öz dinlərinə və dərin inanclarına qalıcı bir qayıdış sərgilədilər.”
O, Azərbaycanla bağlı tarixin təhrif olunduğunu əlavə edib: “Ərdəbildə azəri dili və tarixinin ensiklopediyasını yazmaq üçün bir tarix tədqiqat qrupu təşkil olunub. Bizim bütün səyimiz azəri xalqının tarixini ətraflı, dəqiq və sənədləşdirilmiş tərzdə tərtib etməkdir. Bunun ardınca, dövlət və məsulların dəstəyi ilə Şah İsmayıl filmi və serialını da hazırlayıb yayımlayacağıq.”
İranda “Dünya Müsəlman Azərilər Günü” adlı tədbir keçirib