Verilən vədlərin əksi olaraq Suriyanın 6 şəhərində ələvilər həbs olunmağa başlayıb

Suriyada Culaniyə bağlı dəstə tərəfindən Ələvilərin geniş şəkildə həbs edilməsi ilə Heyəti Təhriri Şam təşkilatı öz həqiqətini ortaya qoydu.

Suriya mənbələri vurğulayıblar ki, Təhrir əl-Şamın başçılıq etdiyi əl-Culaniyə bağlı ünsürlər Suriyanın 6 şəhərində ələvilərə qarşı kütləvi həbslərə başlayıb və indiyədək Əl-Qərdəha, Latakiya və Tartusda 120-dən çox adam həbs edilib.

Hesabata görə, Suriyanın tanınmış simaları da daxil olmaqla 50-dən çox adamın əmlakı bu şəxslər tərəfindən ələ keçirilib.

Suriya mənbələri Suriyada ələvilərə qarşı hücumların əl-Culaninin Suriyaya nəzarəti ələ keçirərkən verdiyi ilk vədlərə dair şübhələri artırdığını bildirib. Culani üzünü və paltarını dəyişdirərək özünü İŞİD ideyalarından uzaq bir ziyalı kimi göstərməyə çalışdığı halda yerini möhkəmlətdiyi ərazilərdə ələvilərin geniş həbsinə start verib.

Suriyalı mənbələr dini və etnik səbəblərə görə çoxsaylı həbslərin kölgəsində Suriyanın müxtəlif şəhərlərində qorxu və panikanın yayıldığını bildirib.