İsraillilər Tel-Əviv və Hayfada kütləvi nümayişlər keçirərək Qəzzada müqavimət hərəkatı ilə məhbus mübadiləsi sazişinin dərhal imzalanmasını tələb ediblər.
Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, şənbə günü bir qrup israillilər Təl-Əviv və Hayfada kütləvi nümayişlər keçirərək Qəzzada məhbus mübadiləsi sazişinin dərhal imzalanmasının vacibliyini vurğulayıblar.
Şahab News-un məlumatına görə, etirazçılar şüarlar səsləndirərək, Fələstinlə məhbusların mübadiləsi üçün dərhal razılıq əldə olunmasını tələb ediblər.
Qəzza zolağındakı məhbusların ailələri bu nümayişdə iştirak edərkən şüarlar səsləndirərək, Qəzzada övladlarının əsirliyinə görə Netanyahunun kabinetinin məsuliyyət daşıdığını bildiriblər.
Məhbus ailələri danışıqların uğursuzluğunda Benyamin Netanyahunu günahlandırıb və Netanyahunun razılaşma üçün elan etdiyi yeni şərtlərin onun əldə olunmasına mane olacağını vurğulayıblar.
Tel-Əviv və Hayfada Netanyahuya qarşı nümayişlər davam edir