Hizbullah lideri: Müqavimət daimi və sabitdir

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim, "Müqavimətimiz daimi və sabitdir və əlbəttə ki, daha da parlaq olacaq" deyib.

Al Mayadeen televiziyasının məlumatına görə, Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Nəim Qasim bu gün etdiyi çıxışda Livanda baş verənləri dəyərləndirib. O: “Sionist düşmən Livana qarşı vəhşi hücumlarla müqaviməti məhv etmək və varlığına son qoymaq istəyirdi, lakin şücaətli əsgərlərimiz onlara qarşı cəsarətli duruş nümayiş etdirə bildi” deyə bildirib.

Hizbullah döyüşçülərinin 64 gün ərzində sionistlərə qarşı müharibədə fədakarlıq etdiyini bildirən Naim Qasim, “Müqavimətin komandanlıq və nəzarət infrastrukturunun yenidən qurulması qələbənin əldə olunmasında çox mühüm amil idi. Müqavimətimiz daimi və sabitdir və daha da parlaq olacaq” deyib.

Hizbullah lideri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə toxunaraq, “Biz BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icra mexanizmi olan hücumun dayandırılması ilə bağlı razılaşmanı qəbul etdik. Bu, yeni saziş deyil və Litani çayının cənubunun statusu ilə bağlı sazişdir”, - söyləyib.

“İsrail indiyədək atəşkəs razılaşmasını 60 dəfədən çox pozub və düşünürük ki, Livan hökuməti və atəşkəs monitorinq komitəsi bu pozuntulara nəzarət etməkdən məsuldur. "