Amnesty İnternational Azərbaycanda həbsdə olan jurnalistlərin müdafiəsinə həsr olunmuş kampaniyaya başlayıb

Noyabrın 27-də "Kanal 13"-ün baş redaktoru Əziz Orucovun həbsindən bir il ötür. O, "Abzas Media" redaktorlarının həbsindən bir həftə sonra saxlanılıb.

Əziz Orucovun yaxınlarının sözlərinə görə, həbsdə olarkən onun səhhəti xeyli pisləşib.

Azərbaycanda 20-dən çox jurnalist həbsdədir.

Amnesty İnternational təşkilatı Azərbaycan hakimiyyətinə yalnız söz azadlığı hüququnu həyata keçirdiklərinə görə həbs edilmiş bütün fəalların və jurnalistlərin dərhal azad edilməsi tələbi ilə müraciəti imzalamağa çağırıb: https://eurasia.amnesty.org/trebuem-osvobodit-zhurnalistov-i-aktivistov-v-azerbajdzhane/