Suriyada ABŞ bazasına raket hücumu olub

Suriyada azad müqavmət qrupları Suriyanın Deyr əz-Zor bölgəsində ABŞ qüvvələrinin bazasına raketlərlə hücuma cəhd edib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, Deyr əz-Zorda Fərat çayının qərb sahilində yerləşən Haşşam və Murat kəndlərindəki müqavmət qruplar axşam saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Koniko bölgəsindəki bazaya hücum etməyə cəhd edib.

Bazadakı hava hücumundan müdafiə sistemləri raketləri hədəflərinə çatmamış məhv edib.

Hadisə ilə bağlı ABŞ-dan hələlik heç bir açıqlama verilməyib. ABŞ ordusunun Həsəkə və Deyr əz-Zor əyalətlərindəki bazaları tez-tez raket və kamikadze PUA-ların hədəfi olur.