Oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü Məhərrəmov Calal Rəsul oğluna hökm oxuyub. Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda inanclı barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Tərəfləri dinləyərək təqdim edilən sübutları araşdıran hakim sonunda hökmü elan edib. O, ittihamda əks olunan maddəyə uyğun sübutların olmadığını bildirərək maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edib. O, inanclı Calal Məhərrəmovu müqəssir bilərək barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını elan edib.
Xatırladaq ki, Azərbaycanda hakimiyyətin kütləvi həbslər gerçəkləşdirdiyi dini camiədə Şiələrin həbsi 2022-ci ilin sonlarından daha intensiv hal alıb və bu gün də davam etməkdədir. Bu sırada yer alan Calal Məhərrəmov 2024-cü il aprelin 8-də saxlanılmış və barəsində saxta narkotik ittihamı irəli sürülmüşdü.
Ümumilikdə hal-hazırda hərəkatın 76 üzvü həbsdədir. Onlardan 12 nəfəri istintaq altında olsa da yerdə qalan 64-ü həbs həyatına məhkum edilib.
MBH üzvü Calal Məhərrəmova hökm oxunub